Qadin.NET / Hər kəs bu ikibaşlı ilan balasından danışır- FOTO

Hər kəs bu ikibaşlı ilan balasından danışır- FOTO

Hər kəs bu ikibaşlı ilan balasından danışır- FOTO


Avstraliyanın Viktoriya ştatının Melburn şəhərinin sakini Stüard Gett (Steward Gatt) pələng ilanı tutduqdan sonra maraqlı hadisə ilə üzləşib.

Qadin.Net bildirir ki, UPI agentliyinin məlumatına əsasən, Gett doğma şəhərində ilantutan işləyir. O, sifarişlə yollandığı fərdi evlərin birinin həyətində sürünəni tutaraq torbaya salıb və avtomobilinə atıb.

Torbanı açdıqda isə Gett maraqlı səhnə ilə qarşılaşıb. Belə ki, ilan bu müddət ərzində balalayıb.

Onlardan biri iki başlı olub və humanizm səbəbindən baytar tərəfindən öldürülüb.

“Bu tip heyvanlar nə qədər qeyri-adi görünsələr də, adətən, uzun müddət yaşaya bilmirlər”, - deyə baytar özünün “Facebook” səhifəsində yazıb.

İlanın özünün və qalan balalarının azadlığa buraxıldığı bildirilir



22 mart 2020
GO BACK