ABŞ prezidentinin Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahı koronavirus təhlükəsinə görə qismən bağlanıb.
Qadin.Net bildirir ki, bu barədə CNN telekanalı iqamətgahın ərazisinə giriş icazəsi olan şəxslərin elektron ünvanına gələn xəbərdarlıq məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, Trampın iqamətgahında SPA mərkəzi və idman zalının yerləşdiyi əsas bina qapalıdır.
ABŞ prezidentinin “Trump Organization” şirkətinin nümayəndəsi kompleksin işinin dayandırılmasını birbaşa təsdiq etməsə də, qeyd edib ki, yerli və federal hakimiyyət orqanlarının tapşırığına əsasən, müxtəlif obyektlər müvəqqəti bağlanıb