Qadin.NET / Koronavirusun ən təhlükəli əlaməti açıqlandı

Koronavirusun ən təhlükəli əlaməti açıqlandı

Koronavirusun ən təhlükəli əlaməti açıqlandı


Koronavirus infeksiyasının ağır forması qızdırma, öskürək və tənəffüs çatışmazlığı ilə xarakterizə olunur.

Qadin.Net bildirir ki, bu barədə RT-yə açıqlamasında rusiyalı həkim, Moskvada 40 nömrəli kliniki xəstəxananın baş həkimi Denis Protsenko məlumat verib

O bildirib ki, ən təhlükəli əlamət tənəffüs çatışmazlığıdır və arterial qanda oksigenin miqdarının azalması səbəbindən ortaya çıxır.

“Ağciyər toxumaları virusa görə çox geniş həcmdə zədələnir və beləliklə də, əsas funksiyasını - oksigenin xaricdən qana ötürülməsini dayandırır”, - deyə o bildirib.

Protsenko qeyd edib ki, əksər xəstələrdə koronavirus “parasetamol”un qəbulu ilə öz-özünə keçir

21 mart 2020
GO BACK