Fransada koronavirus pandemiyası ilə bağlı özünü təhlükədə hiss edən yaşlı və tək yaşayan insanlar aksiyaya başlayıblar.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, onlar evlərinin pəncərələrindən qırmızı rəngdə parça asaraq kömək istəyirlər. Bildirilir ki, xilasedicilər və təcili yardım briqadaları pəncərəsindən qırmızı parçanın asıldığı evlərə baş çəkərək, vətəndaşların problemlərini həll etməyə çalışırlar.
Yerli mənbələrin məlumatına görə, ölkə miqyasında minlərlə insanın aksiyaya qoşulduğu müşahidə edilib. Bu da vəziyyətin nə qədər ciddi olduğunu göstərir.
Qeyd edək ki, koronavirus səbəbiylə 400-ə yaxın insanın həyatını itirdiyi Fransada fövqəladə vəziyyət elan edilib