Vankuver-London reysinin sərnişinləri 60 yaşlı aktyor Şon Bin və həyat yoldaşı Eşli Mur arasında mübahisə düşdüyünü iddia ediblər.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hadisə martın 18-də təyyarədə baş verib. Hava gəmisinin salonuna daxil olan cütlük öz yerlərində əyləşdikdən sonra şərab sifariş ediblər. Bir müddət sonra ər-arvad sərxoş olub və söz davasına çıxıb.
Şahidlərin sözlərinə görə, özündən çıxan Mur şərabı Şonun şalvarına töküb. Onun bu hərəkətinə qəzəblənən sərxoş aktyor qədəhi 33 yaşlı həyat yoldaşına çırpıb.
Mübahisənin böyüməməsi üçün onları təyyarədəki stüardlar ayırıb.
Məsələ ilə bağlı isə polisə heç bir məlumat verilməyib.
Bir neçə saatdan sonra Şonun vəkili jurnalistlərlə əlaqə saxlayaraq onların həqiqətən də həmin reyslə uçduğunu, lakin spirtli içki qəbul etmədiklərini və belə bir mübahisənin yaşanmadığını qeyd edib.
Qeyd edək ki, Eşli Mur Şon Binin 5-ci arvadıdır