Ötən gün Rusiyanın Novosibirsk şəhərinin virusologiya və biotexnologiya mərkəzi olan “Vektor”da koronavirusun fotosu çəkilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, alimlər mikroskop altında müşahidə etdikləri COVİD-19-un insan saçının bir telindən 400 dəfə incə olduğunu bildiriblər.
Fotolarda 100-200 nanometr ölçüsündə olan virusun dairəvi ləkə formasında, ətrafının isə xırda buynuzlarla əhatə olunduğu görülür. Bu səbəbdən də alimlər ona “corona” adını veriblər.
İnfeksionistlər hissəciklərin yaxşı görünməsi üçün virusu JEM-1400 elektron mikroskopda böyüdüblər