Kadrlarda gördüyünüz qadın "Talidomid Sindromu" nəticəsində qolsuz dünyaya gəlib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, 28 yaşlı Jilumol Mariet Tomas Hindistanın cənubunda yerləşən Kerala əyalətinin Karimannoorda kəndindəki bir fermer ailəsində anadan olub.
Avtomobil sürmək onun uşaqlıqdan xəyalı olub.
Jilumol üç il əvvəl sürücülük vəsiqəsi almaq üçün müraciət etsə də məmurlar bunun onun üçün pis fikir olduğunu bildiriblər.
Lakin o, ruhdan düşməyərək bir neçə quruma müraciət etdikdən sonra, müvafiq şəkildə dəyişdirilmiş nəqliyyat vasitəsini istifadə etməsi şərti ilə bir imtahana buraxılıb.
2018-ci ildə Jilumol, tələb olunan dəyişikliklərə əsasən xüsusi hazırlanmış "Maruti" (Hindistan avtomobil markası) Celerio-Avtomatik avtomobilini alır.
İndi 28 yaşlı Jilumol Mariet Tomasın, ayaqları ilə avtomobili necə məharətlə idarə etdiyini sizə təqdim edəcəyik.