Koronavirus pandemiyası səbəbindən ölü sayı Çini keçən İtaliyada vəziyyət hər saat pisləşməyə doğru gedir.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Lambordiya şəhərində bir xəstənada işləyən tibb bacısı ölkədəki durumun qorxunc hal aldığını bildirib.
Sosial şəbəkədə yaydığı açıqlama “Artıq ölüləri saya bilmirik”, ifadəsinə yer verib.
“Yüksək stress altında işləyirik. Təəssüf ki, şəhərdə vəziyyətə nəzarəti ələ ala bilmirik. Pandemiya qarşısıalınmaz səviyyəyə çatıb, artıq ölüləri saya bilmirik. İtaliyanın üzləşdiyi vəziyyətə baxın. Diqqətli olun, gülümsəməkdən imtina etməyin, güclü qalmağa çalışın”.
İtaliyada koronavirus (“Covid-19”) səbəbindən 4 mindən çox insanın öldüyü ehtimal olunur.