Qadin.NET / HAVA necə olacaq? 21 Mart

HAVA necə olacaq? 21 Mart

HAVA necə olacaq? 21 Mart


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. 

Martın 21-22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı  ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi  arabir güclənəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz  8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacaq

20 mart 2020
GO BACK