Türkiyəli müğənni İbrahim Tatlısəs sahibi olduğu “Tatlısəs Qida” şirkətinin mühasibatlığında çalışan iki qadın tərəfindən aldadılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Özləm P. və Fulya T. adlı şəxslərin şirkətdən maddi mənfəət əldə etmək məqsədilə vəzifəsi ilə bağlı haqqlarını və imtiyazlarını düzgün istifadə etmədiyi bildirilib.
İki qadın işçinin milyonluq fırıldağı ortaya çıxandan sonra Tatlısəs onları prokurorluğa şikayət edib.
Məlum olub ki, Özləm P. üçüncü şəxslərə ödənmiş pul kimi göstərərək öz hesabında 1 milyon 192 min lirə yatırıb, həyat yoldaşı Ayxan adlı şəxsi 13 ay şirkətdə işçi kimi göstərib, şirkəti 45 min lirə zərərə uğradıb.
Bundan başqa Özləm özünə şirkət üzərindən avtomobil təsis edib və bunun üçün şirkət hesabından 28 min lirə ödədiyi ortaya çıxıb.
Fulya T. adlı qadının isə başqa şəxslərə ödəmə etmiş kimi göstərdiyi 20 min dolları mənimsədiyi, həyat yoldaşı Burak adlı şəxsi 9 ay boyunca şirkətin işçisi kimi göstərdiyi və “Tatlısəs Qida”nı 30 min lirə zərərə uğratdığı məlum olub.
Həmçinin Fulyanın övladının dayəsi Əminə adlı qadını 21 ay şirkətdə sığortalı işçi kimi göstərib 57 min lirə zərərə uğratdığı ortaya çıxıb. Bundan başqa, şirkət hesabından özünə kirayə avtomobil təsis edib. Həmin avtomobil üçün isə 28 min lirə ödəniş gerçəkləşdirib.
Məsələ ilə bağlı prokurorluqda istintaq prosesi başlayıb