Çin hökuməti yeni növ koronavirusa yoluxanları daha tez müalicə edə biləcək effektiv dərman tapıldığını açıqlayıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Biotexnologiyaların İnkişafı üzrə Milli Mərkəzinin rəhbəri Çjan Sinminin sözlərinə görə, “Aviqan” adlı dərman Vuhan və Şençjen şəhərlərində 320 nəfər üzərində sınaqdan keçirilib.
Bu dərmanı qəbul edənlərin cəmi iki gün ərzində yüksək bədən hərarətini aşağı düşüb, baxmayaraq ki, proses ümumiyyətlə dörd gündən çox çəkir. Həmçinin, xəstələrin bu dərmanı qəbul etməyənlər kimi 6 deyil, orta hesabla 4,5 gün ərzində öskürəkdən xilas olduqları məlum olub. Bundan əlavə tədqiqat xəstələrin təxminən 91%-də ağciyərlərin vəziyyətinin yaxşılaşdığını göstərib.
“Aviqan”ın aşkar yan təsirinin olmadığı da qeyd edilib. Onu qəbul edən xəstələr beş gün ərzində koronavirusdan sağalıblar. Dərmanı qəbul etməmiş insanların isə orta hesabla 11 günə sağaldıqları bildirilib