Qadin.NET / Koronavirusun yeni simptomları müəyyən edilib

Koronavirusun yeni simptomları müəyyən edilib

Koronavirusun yeni simptomları müəyyən edilib


Koronavirusla bağlı yeni simptomlar müəyyən edilib. Bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti Almaniyanın elm adamlarına istinadla məlumat yayıb.

Bildirilib ki, koronavirusa yoluxan insanların üçdə ikisində qoxu və dadbilmə qabiliyyətinin qısa müddətə itdiyi müşahidə edilib.

Bundan başqa, xəstələrin 30 faizində ishal problemi yaranıb.

Həkimlər SARS-1-ə nisbətən az təhlükəli olmasına baxmayaraq, COVID-19-un daha sürətlə yayıldığını vurğulayıblar.

19 mart 2020
GO BACK