Amerikalı aktrisa Emma Stoun koronavirus epidemiyasına görə toyunu təxirə salmalı olub.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.
Məlumata görə, 31 yaşlı Hollivud ulduzunun prodüser və rejissor Deyv Makkeri ilə toyu ötən bazar gününə təyin olunubmuş
Ancaq şəhərdə tətbiq olunan karantin rejiminə və yeni yoluxma hallarına görə sevgililər mərasimi başqa vaxta keçirmək qərarına gəliblər.
Nikah gününün yeni tarixi hələlik təyin olunmayıb.