Qadin.NET / Tibbi maskalardan belə istifadə edin-VİDEO

Tibbi maskalardan belə istifadə edin-VİDEO

Tibbi maskalardan belə istifadə edin-VİDEO


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan qorunmaq üçün tibbi maskalardan istifadə qaydalarını açıqlayıb.

 Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bununla bağlı təlimat təşkilatın rəsmi saytında dərc olunub.

Maskadan nə vaxt istifadə etməli?

1. Əgər sağlamsınızsa, sadəcə koronavirusa yoluxma şübhəsi olan insanın qayğısına qalarkən maskadan istifadə etməlisiniz.

2. Öskürür və ya asqırırsınızsa, maska taxın.

3. Maska taxmaq yalnızca əllərinizi spirt əsaslı məhlulla təmizləyir və ya sabun və su ilə yuyursunuzsa, effektivdir.

4. Əgər maska taxırsınızsa, ondan necə istifadə etməyi və zibilə necə atmağı bilməlisiniz.

Maskanı necə taxmalı, istifadə etməli, çıxarmalı və atmalı?

1. Maska taxmazdan öncə əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun.

2. Ağız və burnunuzu maska ilə bağlayın, üzünüzlə maska arasında boşluq olmadığından əmin olun.

3. Maskadan istifadə edərkən ona toxunmayın; əgər toxunacaqsınızsa, əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun.

 

4. Maskanız nəm olarsa, onu yenisi ilə əvəzləyin, birdəfəlik maskaları yenidən istifadə etməyin.

5. Maskanı necə çıxarmalıyıq? İplərindən tutaraq çıxarın (maskanın ön hissəsinə toxunmayın); dərhalı qapalı zibil qutusuna atın; əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 219 357-yə çatıb. Bunların 85 745 nəfəri sağalıb, 8 870 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

19 mart 2020
GO BACK