"Avatar 2" filminin Yeni Zellandiyadakı çəkilişləri dünyada sürətlə yayılmağa davam edən koronavirusa görə dayandırılıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə ekran işinin prodüseri Con Landau məlumat verib:
"Biz dünya böhranının dərinliyindəyik və hazırda söhbət yalnız kino sənayesi ilə bağlı deyil. Mənə elə gəlir ki, indi hər kəs koronavirus epidemiyasının azalması üçün mümkün olan hər şeyi etməlidir. Hər gün vəziyyət dəyişir. Biz baş verənləri izləməyə və "Avatar" ailəsi adlandırdığım komandamızın maraqlarına uyğun olaraq hər şeyi planlaşdırmağa çalışırıq".
Qeyd edək ki, ekran işində Keyt Uinslet, Edi Falko, Una Çaplin və Mişel Yeo kimi aktyorlar çəkiləcək.
"Avatar 2" filminin çıxışı isə 17 dekabr 2021-ci il tarixinə planlaşdırılır