Bu ilin may ayında Niderlandda keçirilməli olan “Eurovision” mahnı müsabiqəsi ləğv edilib.
Qadin.Net bildirir ki, publika.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatçıların tvitter hesabındakı məlumatında deyilir.
xxx
May ayında keçirilməsi planlaşdırılan “Eurovision 2020” beynəlxalq musiqi yarışması koronavirus pandemiyası səbəbilə ləğv ediləcək
Qadin.Net bildirir ki, publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Yayım Korporasiyası tvitterdə məlumat yayıb. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Qeyd olunur ki, ölkənin Səhiyyə Nazirliyi müsabiqəni tamaşaçısız belə keçirməməyi tövsiyə edib. Mənbələrin sözlərinə görə, gün ərzində müsabiqənin ləğvi ilə bağlı rəsmi açıqlama gözlənilir.
Martın 17-də isə “Eurovision” təşkilatçıları tvitter hesabından bildirmişdi ki, dünyada daim dəyişən vəziyyəti izləyirlər və tezliklə dəqiq məlumatlar yayacaqlar:
“Anlayırıq ki, hazırki “Eurovision”un taleyi ilə bağlı daha çox xəbər tapmaq istəyirsiniz ... Xahiş edirəm bizimlə qalın. Ümid edirik ki, tezliklə daha dəqiq informasiyalar verəcəyik”.
Məlumat üçün bildirək ki, vokal müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməlidir. Azərbaycanı bu il müsabiqədə Samirə Əfəndi “Cleopatra” mahnısı ilə təmsil edir