Qadin.NET / Koronavirusa yoluxanların sayı 200 mini keçdi

Koronavirusa yoluxanların sayı 200 mini keçdi

Koronavirusa yoluxanların sayı 200 mini keçdi


Dünyada koronavirus daşıyıcılarının sayı 200 099 nəfərə çatıb.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, son statistika haqda Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, dünyada ən çox yoluxma hadisəsi Çin (80 894), İtaliya (31 506), İran (16 169) və İspaniyada (11 826) qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 8 010 nəfərdir. Sağalanların sayı isə 82 813 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

18 mart 2020
GO BACK