Qadin.NET / "Eurovision 2020" ləğv olundu?

"Eurovision 2020" ləğv olundu?

"Eurovision 2020" ləğv olundu?


"Eurovision 2020" mahnı müsabiqəsi bu il keçirilməyəcək.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu haqda xarici media xəbər yayıb. Bildirilib ki, dünyanı cənginə alan koronavirus infeksiyasının Avropada sürətlə yayılması nəzərə alaraq yarışma təxirə salınıb. Təşkilatçılar bununla bağlı martın 19-da rəsmi məlumat yayacaq.

Bu haqda eyni zamanda İsrailin "Eurovision" heyətinin üzvlərindən biri tvitter-də yazıb. "SuperTV" və "Kann_news"da artıq bunla bağlı xəbər yayımlayıb. Yarışmanın bu il ümumiyyətlə baş tutmayacağı vurğulanıb.

Ehtimal olunur ki, iştirakçılar gələn il artıq bu il üçün elan edilmiş təmsilçiləri ilə çıxış edəcəklər.

Qeyd edək ki, "Eurovision 2020"nin mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılırdı.

 

Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Samirə Əfəndi təmsil edəcəkdi

18 mart 2020
GO BACK