Koronavirusun plastik və polad üzərində 72 saata qədər aktiv qala biləcəyi müəyyən edilib.
CNN bu barədə “New England Journal of Medicine” tibb jurnalına göndərilən məktuba əsasən məlumat yayıb.
ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, Milli Səhiyyə İnstitutu, Los-Ancelesdəki Kaliforniya və Prinston universitetlərinin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.
Tədqiqat zamanı koronavirusun mis üzərində 4 saat, kartonda 24 saata qədər, plastik və polad üzərində isə 72 saata qədər, havada kiçik damcılar şəklində 3 saat aktiv qaldığı aşkar edilib.
Əvvəlki araşdırmalara görə, atipik pnevmoniyaya səbəb olan virusun müxtəlif səthlərdə 9 günə qədər aktiv qala biləcəyi qeyd edilmişdi