Qadin.NET / Cütlüyə görə bütün qəsəbə karantinə alındı

Cütlüyə görə bütün qəsəbə karantinə alındı

 

Cütlüyə görə bütün qəsəbə karantinə alındı

 

Koronavirus əlamətləri olan qadınla kişi tanışı arasında münasibət 2500 sakini olan qəsəbənin karantinə alınması ilə nəticələnib.

Qadin.Net bildirir ki, “HaberGlobal”ın məlumatına görə, hadisə Argentinada baş verib.

Bildirilir ki, Santyaqo-del-Estero vilayətinin cənubundakı Selva qəsəbəsi ətraf aləmdən tamamilə təcrid olunub, yaşayış məntəqəsinə giriş-çıxış qadağan edilib, yanacaqdoldurma stansiyaları, barlar, restoranlar, məktəblər, dükanlar və ictimai iaşə obyektləri bağlanıb. Yalnız aptek və kiçik supermarket arabir işləyir.

Məlumata görə, İspaniyaya səyahətdən qayıtdıqdan sonra qadın 27 yaşlı tanışı ilə cinsi münasibətdə olub. Qadın özündə koronavirus simptomlarından şübhələndiyini desə də, sevgilisi bunu problem hesab etməyib.

Sonradan gənc 20 dostunun da olduğu tədbirdə qadınla yaşadığı münasibətlərin təfərrüatlarını danışıb. Yığıncaqda iştirak edənlərdən bəziləri bu barədə rəsmilərə xəbər verib.

Səhiyyə Nazirliyi və polis dərhal hərəkətə keçərək qəsəbəni karantinə alıb. Bundan başqa, qadının əri, özü və sevgilisi təcrid olunub.


18 mart 2020
GO BACK