İranda 103 yaşlı qadın koronavirusa qalib gəlib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Simnan Tibb Elmləri Universitetinin rektoru Nevid Danayi məlumat paylaşıb.
O bildirib ki, Simnan şəhərində yaşayan həmin qadın müalicə olunaraq evə buraxılıb.
Xəstənin kimliyini açıqlamayan Danayi həmin şəxsin Kövsər xəstəxanasında saxlandığını qeyd edib.
Bununla da həmin qadın koronavirusa qalib gələn ən yaşlı insanlar arasında ikinci olub.
Xatırladaq ki, daha əvvəl virusun ortaya çıxdığı Çində 103 yaşlı bir qadın 6 günlük müalicədən sonra xəstəliyə qalib gəlmişdi