Qadin.NET / Çindən şad xəbər gəldi: 4 günə sağaldır - Koronavirusun yeni dərmanı

Çindən şad xəbər gəldi: 4 günə sağaldır - Koronavirusun yeni dərmanı

Çindən şad xəbər gəldi: 4 günə sağaldır - Koronavirusun yeni dərmanı


Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin prezidenti Çanq Xinmin “Favipiravir” adlı dərmanın koronavirusun müalicəsində effektli olduğunu açıqlayıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, məlumatda “Favipiravir”-nin xəstəliyin yüngülləşmə müddətini 11 gündən 4 günə qədər azaltdığı bildirilib.

Yaponlar tərəfindən əldə edilən “Favipiravir” 2014-cü ildən bəri Yaponiyada satışdadır.

Çin rəsmiləri koronavirusun müalicə prosesində istifadə olunan sözügedən dərmanın effektli olduğunu iddia edib.

Məlumatda qeyd edilib ki, “Favipiravir” adlı dərmanın “Kovid-19”-un yüngülləşmə müddətini 11 gündən 4 günə qədər azaltdığı sübut edilib.

Virusun bütün ölkəni cənginə aldığı Çində ölü sayı 3237 nəfərə çatmasına baxmayaraq, son günlərdə yoluxanların sayının kəskin azalması diqqət çəkib

18 mart 2020
GO BACK