Dünyaca məşhur müğənni Ledi Qaqa “Paper” jurnalının qeyri-adi fotosessiyasına çəkilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 33 yaşlı ifaçı nəşrin yeni buraxılışı üçün çılpaq və robot obrazında kamera qarşısına keçib.
3D qrafikası ilə hazırlanan fotosessiyanın müəllifi belçikalı rəssam Frederik Geymandır.
Jurnala müsahibə verən Qaqa çılpaq halda obyektiv önünə keçməsi ilə bağlı bunları deyib:
“Otaqda olan şəxslərə baxmayaraq çılpaq soyunmağa razılaşdım. Hesab edirəm ki, biz incəsənətlə məşğuluq. Bu pornoqrafiya deyil”.
Qeyd edək ki, Ledi Qaqa dünyada sürətlə yayılmağa davam edən koronavirusa görə hazırda karantindədir