Koronavirusa yoluxan dünyaca məşhur amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilsonun səhhəti düzəlməyə doğru gedir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, karantində saxlanılan cütlük artıq Kvinslənd xəstəxanasından evə buraxılıb.
Onlar ətrafdakı insanları riskə atmamaq üçün bir müddət Avstraliyanın Qold-Koast şəhərində kirayə götürdükləri evdə karantində olacaqlar.
Qeyd edək ki, Tom və arvadından 5 gün əvvəl koronavirus analizləri götürülmüş və nəticələr pozitiv çıxmışdı.
63 yaşlı aktyor Elvis Preslinin həyatı ilə bağlı filmə çəkilmək üçün arvadı ilə birlikdə Avstraliyaya yollanmışdılar. Onlar “Covid-19” virusuna orada yoluxmuşdular