Qadin.NET / Cennifer Lopez ayaqqabı kolleksiyasını satışa çıxardı - FOTO

Cennifer Lopez ayaqqabı kolleksiyasını satışa çıxardı - FOTO

Cennifer Lopez ayaqqabı kolleksiyasını satışa çıxardı - FOTO


Dünya şöhrətli müğənni Cennifer Lopez yeni ayaqqabı kolleksiyasını satışa çıxarıb.

Qadin.Net axşam.az-a istinadən  xəbər verir ki, ifaçı “The Camuto Group” ilə birlikdə ərsəyə gətirdiyi ayaqqabılar üçün seksual imicdə fotosessiya da etdirib.

Virus səbəbi ilə özünü karantinə alan müğənni sosial şəbəkədə fotolar paylaşaraq yeni işi ilə qürur duyduğunu bildirib:

“Mən evdəyəm. Ümid edirəm ki, siz də təhlükəsizlikdəsiniz. Gününüzə rəng qatacaq işimi təqdim edirəm. Yeni ayaqqabı kolleksiyamla fəxr edirəm”.

Qeyd edək ki, Cey Lo-nun dizayn etdiyi yeni ayaqqabıların qiyməti 59-189 dollar (təxminən 100-322 manat) arasında dəyişir.

Cennifer Lopez ayaqqabı kolleksiyasını satışa çıxardı - FOTO

Cennifer Lopez ayaqqabı kolleksiyasını satışa çıxardı - FOTO


17 mart 2020
GO BACK