Qadin.NET / ÜST: “Koronavirusun müalicəsində parasetamoldan istifadə edin”

ÜST: “Koronavirusun müalicəsində parasetamoldan istifadə edin”

ÜST: “Koronavirusun müalicəsində parasetamoldan istifadə edin”


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan özünü müalicə üçün parasetamol qəbulunu tövsiyə edir.

Qadin.Net bildirir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə ÜST nümayəndəsi Kristian Lindmayer brifinqdə deyib.

O, koronavirusun müalicəsində ibuprofen və bu tərkibdə olan dərmanlardan istifadə etməməyi, parasetamol qəbul etməyi məsləhət verib:

“İbuprofenin COVID-19-la bağlı ölüm riskini artırdığına dair yeni dəlil əldə edilib. Hələlik bununla bağlı kifayət qədər tədqiqat aparılmayıb və mütəxəssislər məlumatları araşdırırlar. Hələ ki, müalicə üçün parasetamolu seçməyinizi və ibuprofendən özünü müalicə dərmanı kimi istifadə etməməyinizi tövsiyə edirik”.

Onun sözlərinə görə, ibuprofen həkim tərəfindən təyin edilibsə və tibbi səbəblərə görə zəruridirsə, o zaman istifadə edilə bilər.

Qeyd edək ki, martın 11-də ÜST COVID-19-un pandemiya olduğunu elan edib

17 mart 2020
GO BACK