Ukraynadan 4 martda Türkiyəyə qayıdan aktyor Necati Şaşmaz 6,5 və 1,5 yaşlarındakı iki oğlunu almaq üçün boşanma ərəfəsində olduğu həyat yoldaşı Nagehan Şaşmazın evinə gedib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, N.Şaşmaz 14 günlük karantin müddətini doldurmadığı üçün uşaqlarını Necatiyə vermək istəməyib. O, əsas kimi uşaqlarının immunitetinin aşağı olduğunu söyləyib.
Ancaq N.Şaşmaz vəkil, polis və pedaqoq vasitəsilə arvadından uşaqlarını alıb.
Qeyd edək ki, N.Şaşmaz aktyorun evdə canlandırdığı obraz - Polad Alemdar kimi apardığını deyərək boşanmaq istəyib.