Qadin.NET / Xaricdən gələn qonşusunun qapısına qıfıl vurdu-SƏBƏB

Xaricdən gələn qonşusunun qapısına qıfıl vurdu-SƏBƏB

Xaricdən gələn qonşusunun qapısına qıfıl vurdu-SƏBƏB


Ankarada yaşayan 67 yaşlı Əli adlı kişi Ümrə ziyarətindən qayıtdıqdan sonra qonşusunun gözlənilməz hərəkəti ilə qarşılaşıb.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, qonşusu evində yatan şəxsin qapısına qıfıl vurub. Selçuk O. adlı kişi koronavirus qorxusu ilə bu addımı atdığını bildirib.

Səhər marketə getmək istəyən şəxs evindən çıxa bilməyib və kömək üçün qonşularına zəng edib. Selçuk O. "Əli dayını mən də çox istəyirəm. Amma ziyarətdən qayıtdıqdan sonra koronavirusla bağlı yoxlanışa getdi? Həm öz, həm də qonşularımın sağlamlığı üçün bunu etməliydim" deyə, söyləyib.

Qonşuları da Selçikun tərəfində olub, onu haqlı hesab ediblər. Əli isə qonşularından küsüb və yaşadığı binadan köçmək qərarı aldığını deyib.

Xaricdən gələn qonşusunun qapısına qıfıl vurdu-SƏBƏB


17 mart 2020
GO BACK