“Taxt-tac oyunları” serialında Tormund rolu ilə yadda qalan aktyor Kristofer Hivyu koronavirusa yoluxub.
Qadin.Net bildirir ki, “The Mirror” xəbər verir ki, aktyor hal-hazırda Norveçdə karantində olduğunu bildirib.
“Mənin təhlillərim müsbət çıxdı. Ailəmlə birgə təcrid olunmuşuq. Səhhətimiz yaxşıdır”, - deyə K.Hivyu qeyd edib.
Xatırladaq ki, son günlərdə koronavirusa Tom Henks, Olqa Kurilenko və İdris Elba kimi məşhur aktyorlar yoluxub