Türkiyədə koronavirusa (COVID-19) yoluxanların sayı 47 nəfərə çatıb.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında məlumat yayıb.
Onun sözlərinə görə, epidemiyaya son yoluxanlardan 29-u ABŞ, Yaxın Şərq və Avropadan, üçü isə ümrə ziyarətindən gəlib:
“Xaricdən gələnlərlə bağlı risk qalmaqdadır. Qoyulmuş qaydalara ciddi əməl edək”