Amerikalı müğənni Ledi Qaqa dünyada sürətlə yayılmağa davam edən koronavirusa görə özünü karantinə alıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ekstravaqant ifaçı bu barədə sosial şəbəkədə paylaşım edərək, izləyicilərinə də eyni şeyi məsləhət görüb.
Virusla bağlı həkimlər və alimlərdən məsləhət alan Qaqa hər kəsə karantinə getməyi, infeksiyanın ilk simptomlarını gözləməməyi tövsiyyə edib:
“Bizim hazırda edə biləcəyimiz ən faydalı şey, özümüzü karantinə almaq və 65 yaşdan yuxarı insanlarla görüşməməkdir”.
Müğənni öz doğmaları ilə görüşmək istədiyini, lakin onların təhlükəsizliyi naminə bunu etməyəcəyini bildirib.
Qaqa karantin müddətini itləri ilə birlikdə keçirdiyini qeyd edib