Qadin.NET / Daha bir məşhur aktyor koronavirusa yoluxdu

Daha bir məşhur aktyor koronavirusa yoluxdu

Daha bir məşhur aktyor koronavirusa yoluxdu


Britaniyalı məşhur aktyor İdris Elba koronavirusa yoluxub.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktyor bu barədə “Twitter” hesabında məlumat verib.

İdris virus testinin nəticələrini ötən gün səhər saatlarında aldığını bildirib:

"Özümü yaxşı hiss edirəm. Hələ ki, heç bir simptom yoxdur. Hazırda karantindəyəm”.

O, hər kəsi baş verənlərdən xəbərdar edəcəyini vəd edib və sevənlərindən çaxnaşma yaratmamasını xahiş edib.

 

Qeyd edək ki, 47 yaşlı İdris "Böyük oyun", "Prometey", "Tor" kimi filmlərlə məşhurlaşıb

Daha bir məşhur aktyor koronavirusa yoluxdu


17 mart 2020
GO BACK