Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkədə koronavirus səbəbindən bütün metro stansiyaları martın 18-i saat 12:00-dan etibarən bağlanmalıdır.
Qadin.Net bildirir ki, strana.ua xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında bildirib.
“İnfrastruktur Nazirliyi 18 mart 2020-ci il saat 12:00-dan etibarən metro stansiyalarının fəaliyyətini dayandıracaq”, - deyə ölkə başçısı açıqlama verib.
Onun sözlərinə görə, şəhər daxilində taksilərdə və mikroavtobuslarda 10 nəfərə, trolleybus/tramvaylarda isə 20 nəfərədək adamın daşınmasına icazə verilir.