“Mərhəmət kvantı” filmində Ceyms Bondun sevgilisi rolunu oynamış ukraynalı və fransalı aktyor Olqa Kurilenko koronavirusa yoluxub.
Qadin.Net bildirir ki, “RİA Novosti” xəbər verir ki, bu haqda O.Kurilenko öz “İnstagram” səhifəsində paylaşıb.
“Evdə hamıdan təcrid olunmuş vəziyyətdə otururam. Bir həftədir ki xəstəyəm. Mənim əsas simptomlarım – temperatur və halsızlıqdır”, - deyə Kurilenko yazıb.
Xatırladaq ki, bir neçə gün öncə məşhur aktyor Tom Henksin və həyat yoldaşı Rita Uilsonun da koronavirusa yoluxduğu barədə xəbər yayılmışdı.