Aktrisa Selin Şekerci uzun müddətdir birlikdə olduğu rejissor sevgilisi Murat Can Oğuzla ilk dəfə obyektivlərə tuş gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktrisa İstanbulun Cihangir səmtində restoranlardan birinə yollanıb. Uzun müddət məkanda oturan, şam yeməyi yeyib söhbət edən sevgililər jurnalistləri görüb, təəccübünü gizlədə bilməyib.
Selin "Münasibətiniz necə gedir" sualına "Hər şey yolundadır" cavabını verib