Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir.
Eyni zamanda, saat 00:00-dan etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur