“Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.
Qadin.Net bildirir ki, oxu.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb:
“Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”