Britaniya Xəzinədarlığının baş katibi Rişi Sunakın qovluğu xəbər buraxılışının efirində rəngini dəyişib. Video “Sky News”da yayımlanıb.
Kadrlarda siyasətçinin sağ əlində qırmızı qovluqla binanı necə tərk etdiyi görünür. Bir müddət sonra o, park edilmiş bir maşının arxasına keçir və yaşıl qovluqla görünür. Maraqlıdır ki, video bütünlüklə bir kadrda çəkilib.
Aksesuarın rənginin dəyişməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. “Twitter” istifadəçiləri ehtimal ediblər ki, videoçarx montaj olunub. Digərləri isə Sunakdan bu sirri açmasını istəyib.
[media=https://baku.tv/az/dunyaa/15615/]