Qadin.NET / Tom Hanks koronavirusa yoluxandan sonra İLK DƏFƏ yazdı

Tom Hanks koronavirusa yoluxandan sonra İLK DƏFƏ yazdı

Tom Hanks koronavirusa yoluxandan sonra İLK DƏFƏ yazdı


Ötən gün koronavirusa yoluxan dünayca məşhur amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson sosial şəbəkədə paylaşım edib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktyor arvadı ilə çəkdirdiyi fotonu yayımlayaraq səhhətindən yazıb:

"Salam dostlar. Mənə və həyat yoldaşıma qayğı göstərən hər kəsə təşəkkürümüzü bildiririk. Bizdə “Covid-19” virusu var və xəstəliyin daha da ağırlaşmaması üçün karantində saxlanılırıq. Bu, bəzi insanlarda çox ciddi xəstəliyə səbəb ola bilər. Unutmayın ki, bütün mövcud hadisələrə baxmayaraq, beysbolda ağlamırlar".

 

Qeyd edək ki, 66 yaşlı aktyor Elvis Preslinin həyatı ilə bağlı filmə çəkilmək üçün arvadı ilə birlikdə Avstraliyaya yollanıb. Onlar “Covid-19” virusuna orada yoluxublar

Tom Hanks koronavirusa yoluxandan sonra İLK DƏFƏ yazdı


13 mart 2020
GO BACK