Qadin.NET / Koronavirusla bağlı şayiə yayanlara müraciət

Koronavirusla bağlı şayiə yayanlara müraciət

Koronavirusla bağlı şayiə yayanlara müraciət


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vətəndaşlara müraciət edib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, qurum rəsmiləri insanları şayiələrin yayılmasına dəstək olmamağa çağırıb.

Bildirilib ki, hansısa ərazinin karantinə alınaraq bütün giriş-çıxışların bağlanması, nəticəsi pozitiv çıxan şəxslərin işləməsi, karantin rejiminin tətbiq olunmaması, həmçinin hər hansı bir xəstəxanada virusa yoluxmuş xəstələrin olması ilə bağlı yayılan məlumatlar şayiədir.

Ən son və doğru məlumatları rəsmi mənbələrdən almağın vacib olduğu vurğulanıb.

 

Qeyd edək ki, ötən gün Tədris Cərrahiyyə Klinikasında koronoviruslu xəstənin dünyasını dəyişdiyi və baş tibb bacısında test nəticələrinin müsbət çıxması ilə bağlı məlumat yayılmışdı. İddia edilmişdi ki, klinikanın kardiologiya və urologiya şöbələri karantin altındadır.

13 mart 2020
GO BACK