Norveç Kralı Harald V-ci və kraliça Sonya koronavirus pandemiyası ilə bağlı karantinə yerləşdirilib.
Qadin.Net bildirir ki, bu haqda Norveçin “TV 2” telekanalı xəbər verir.
Qərar kral ailəsinin səfərləri ilə bağlı qəbul edilib: bu yaxınlarda cütlük İordaniyadan qayıdıb.
Qeyd etmək lazımdır ki, bundan əlavə ölkənin bir sıra məmuru, o cümlədən XİN rəhbəri İne Eriksen Sereyde də karantinə yerləşdirilib