Qadin.NET / Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”

Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”

Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”


Türkiyədə özünü “İsa peyğəmbər” elan edən keçmiş millət vəkili Həsən Məzarcı koronavirusla bağlı ilginc fikirlər səsləndirib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə ona müraciət edənlərə “Virusla bağlı istəklərinizi Məsihə yox, elm adamlarına deyin” cavabını verib.

“Elm adamlarının, həkimlərin təkliflərini yerinə yetirin. Mikroskopla görünə bilən bir virusun milyardlarla insanı öldürə biləcəyini düşünərək, Tanrıya dua edin. Tanrı sizi qorusun”, - Məzarcı deyib.

Yeni İl günü doğum gününü qeyd edən “Tövrat” və “Quran”la bağlı səsləndirdiyi fikirlərlə tez-tez gündəmə gələn Məzarcı 1990-cı illərdə Rifah Partiyasından Türkiyə parlamentinin deputatı olub

12 mart 2020
GO BACK