Qadin.NET / Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO

Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO

Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO


Sürətlə dünyaya yayılan koronavirus təhlükəsi gündəmdə olarkən çinli mühəndislər beynəlxalq aləmi təəccübləndirən bir yeniliyə imza atıblar.

Qadin.Net bildirir ki, bu barədə “Reuters” xəbər yayıb.

Çində cinayətkarları müəyyən etmək üçün ölkənin dörd bir yanı üz tanıma texnologiyasına sahib kameralarla təchiz olunub. Həmin texnologiya sayəsində milyonlarla insan haqqında operativ məlumat almaq mümkündür.

Ancaq epidemiya ilə əlaqədar vətəndaşların maskada gəzməsi böyük problem yaradır, kameralar artıq üz tanımır.

Mənzərəni dəyişmək istəyən çinlilər yeniliyə imza atıblar. 

Belə ki, “Hanwang Technology” şirkətinin yeni hazırladığı texnologiya sayəsində artıq maska taxanlar da tanınır. Bu kameralar bir saniyə içində onlarla insanı analiz edir.

Yeni texnologiya ilə maskasız insanların 99,5 faizi, maska taxanların isə 95 faizinin kimliyini müəyyənləşdirmək mümkün olub.

Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO


12 mart 2020
GO BACK