Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ölkə xaricindən gələnlər üçün 14 gün qaydasını açıqlayıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, qurum vətəndaşları qaydalara riayət etməyə çağırıb. Bildirilib ki, ölkə xaricindən son 14 gün ərzində gələnlər buradakı ilk 14 günü evdə keçirməlidir.
Olduqları məkan tez-tez havalandırılmalıdır. Mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və ya xroniki xəstəliyi olan insanlarla təmas olmamalıdır.
Əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır.
Soyuqdəymə əlamətlərində mütləq 103 və Bakıdan kənar 113 Təcili yardım nömrələrinə zəng edilməlidir.