Bir neçə gündür rusiyalı məşhur reper Ciqan fanatlarını məyus edəcək addımlar atıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə canlı yayımlar zamanı uşaqları ilə kobud rəftar edib, yüksək səslə ədəbsiz sözlər işlədib və qızından ona pivə gətirməsini istəyib.
Bütün bunlar isə insanların gözündə ideal ata və ailə başçısı obrazında olan reperin reputasiyasına zərər verib.
Ciqanın həyat yoldaşı Oksana Samoylova ilə problemlər yaşadığı iddia edilib. Oksanın yayımladığı “Belə dünyaya oyanmaq istəmirəm” adlı mesaj sosial şəbəkədə müzakirə yaradıb. Fanatları iddia edib ki, o, ərini Mayamidəki evindən qovub, Rusiyaya qayıtmaq üçün əşyalarını toplayır.