Qadin.NET / "Kobra" Pərviz "Survivor"da övladları üçün ağladı-VİDEO

"Kobra" Pərviz "Survivor"da övladları üçün ağladı-VİDEO

"Kobra" Pərviz "Survivor"da övladları üçün ağladı-VİDEO


"TV8"də yayımlanan “Survivor” yarışmasının iştirakçısı, kikboksinq üzrə dünya çempionu Pərviz Abdullayev bu dəfə ağlamağı ilə gündəmə gəlib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, yarışmanın son buraxılışında “Məşhurlar” komandası qalib gəlib. Onlara mükafat olaraq ailə üzvlərinin fotoları və onlardan gələn mesajlar nümayiş etdirilib.

Pərviz oğulları Yusif və Oğuzxanın fotolarını görəndən sonra göz yaşlarını saxlaya bilməyib.

[media=https://baku.tv/az/cemiyyet/15571/]

11 mart 2020
GO BACK