Dünyaca məşhur müğənni Keti Perri Avstraliyada qadınlar arasında keçirilən kriket üzrə dünya çempionatının finalında iştirak edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 35 yaşlı ulduz çıxışından əvvəl azarkeşlərin onun hamiləliyi ilə bağlı suallarını cavablandırıb.
Keti Perri hamiləliyin çətin olduğunu və bu səbəbdən bədənində dəyişikliklər hiss etdiyini etiraf edib.
İfaçı doğulacaq körpəsinin cinsiyyəti barədə isə "Ümid edirəm, bizim qızımız olacaq" sözlərini deyib.
Qeyd edək ki, Keti Perri nişanlısı, aktyor Orlando Blumdan ilk övladına hamilədir.