Ağır çəkili keçmiş dünya çempionu Mayk Tayson Eminemin yeni klipinə çəkilib.
Qadin.Net bildirir ki, REN TV-nin məlumatına görə, “Godzilla” mahnısının süjetinə əsasən “Dəmir Mayk” əvvəl amerikalı repçini nokauta salır, sonra isə prodüser Dr.Dre ona tibbi yardım göstərməyə başlayır.
“Mən Eminemi yeni klipində nokauta salmaqla yaxşı vaxt keçirmişəm. Dr.Dre ilə gördüyünüz böyük işlər həqiqətən ruhlandırır”, - deyə Mayk Tayson bildirib.
Qeyd edək ki, klip 2019-cu ilin dekabr ayında narkotikdən ölən repçi “Juice Wrld”ə həsr olunub
[media=https://baku.tv/az/cemiyyet/15521/]