Qadin.NET / Obama və xanımı bu dəfə film çəkəcək

Obama və xanımı bu dəfə film çəkəcək

Obama və xanımı bu dəfə film çəkəcək


Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama yeni layihə ilə gündəmə gəldilər.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, məşhur cütlük bu dəfə film sahəsinə addım atır. Obama və xanımı bu işi Russo qardaşları ilə birlikdə reallaşdıracaq.

Onların Mohsin Hamidin yazdığı “Exit West” (Qərbdən çıx) kitabı əsasında çəkiləcək eyniadlı filmin prodüserliyini üstlənməyə hazırlaşdığı bildirilir. Yann Demanqenin rejissorluğunu edəcəyi ekran əsərinin baş rolunda Riz Ahmed oynayacaq.

Filmin ssenarisinin hazırlanması üçün daha bir tanınmış şəxsin layihəyə daxil edilməsi gözlənilir.

 

Mənbədə qeyd olunur ki, Pakistan əsilli M.Hamidin müəllifi olduğu “Qərbdən çıx” kitabı dünya miqaysında yaşanan qaçqın problemlərindən bəhs edilir

10 mart 2020
GO BACK