İtaliyanın Emiliya-Romanya regionunun kəndlərindən birində yerli sakin evdə su krantını açarkən, qəribə mənzərə ilə qarşılaşıb
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, krantdan su əvəzinə qırmızı şərab axdığını görən italiyalı çox təəccüblənib.
Yerli hakimiyyət orqanları baş verən hadisəyə görə üzr istəyiblər. Bildirilib ki, şərab zavodunda sızıntı baş verib. Yüksək təzyiq səbəbindən şərab saxlanılan anbardan şərab su xəttinə sızıb.
Problem artıq həll olunub. Sanitar-epidemioloji şəraitin normal olduğu bildirilib